​İspaniyada 132 nəfər meymunçiçəyinə yoluxub

​İspaniyada 132 nəfər meymunçiçəyinə
20:40 31.05.2022
229 Dünya
A- A+

İspaniya səlahiyyətliləri krallıqda azı 132 nəfərin meymunçiçəyinə yoluxduğunu təsdiqləyib.

SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“III Karlos Sağlamlıq İnstitutu 132 müsbət ortopoksvirus hadisəsini təsdiqləyib, onlar meymunçiçəyi ilə bağlı təsdiqlənmiş hallar kimi tanınır”, - qurumdan bildirilib. Bundan əvvəl səlahiyyətlilər 120 hadisə barədə məlumat vermişdi.

“Publico” qəzetinin yazdığına görə, Portuqaliyada 100 yoluxma halı qeydə alınıb ki, bu da bazar ertəsi elan edilən rəqəmdən 4 vahid çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, meymunçiçəyi nadir virus xəstəliyidir, əsasən Afrikanın mərkəzi və qərbində tropik meşələrin yaxınlığında yerləşən ucqar ərazilərdə rast gəlinir.