​Didye Deşam atasının ölümünə görə Fransa millisinin düşərgəsini tərk edib

​Didye Deşam atasının ölümünə görə Fransa millisinin
23:59 31.05.2022
243 İdman
A- A+

Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşama ağır itki üz verib.

SÜLH.İNFO.az  "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin atası dünyasını dəyişib. Bu səbəbdən Deşam UEFA Millətlər Liqasının iyunda keçiriləcək oyunlarına hazırlaşan komandanın düşərgəsini tərk edib.

Hazırda yığmaya müvəqqəti olaraq, onun köməkçisi Gi Stefan başçılıq edir.

Qeyd edək ki, Fransa millisi A Liqasında Danimarka, Xorvatiya və Avstriya seçmələri ilə eyni qrupda yer alıb.