​Azərbaycanda yeniyetmə futbolçu faciəvi şəkildə öldü

​Azərbaycanda yeniyetmə futbolçu faciəvi
11:40 01.06.2022
281 Hadisə
A- A+

Masallının “Ərkivan” futbol klubunun futbolçusu Əliəkbər Əliyev faciəvi şəkildə həlak olub.

SÜLH.İNFO.az-ın məlumatına görə, o, mayın 30-da Hişkədərə kəndində çayda boğularaq ölüb.

Qeyd edək ki, Əliəkbər Əliyev 2006-cı ildə Masallının Hişkədərə kəndində anadan olub. Yeniyetmə futbolçu faciəvi hadisədən bir gün öncə “Balaxanı” futbol klubuna qarşı çıxış edib.