​Bu marşrut xətti üzrə gediş haqqı AZALDILDI

​Bu marşrut xətti üzrə gediş haqqı
13:40 01.06.2022
271 Toplum
A- A+

2 iyun tarixindən 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən SÜLH.İNFO.az-a verilən məlumata görə, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0,35 manat müəyyən edilib.

Qeyd edək ki, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı əvvəl 0.40 AZN idi.