Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi” çərçivəsində Qazaxıstandan olan həmkarı Bolat Akçulakovla görüşüb.
Bu barədə SÜLH.İNFO.az-a Nazirlikdən məlumat verilib.
Məlumata görə, görüşdə iki ölkə arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri və enerji bazarlarında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb, Qazaxıstan enerji resurslarının dünya bazarına nəqli ilə bağlı imkanlar dəyərləndirilib. Tərəflər Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti ilə yanaşı mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması üzrə işçi qrupları səviyyəsində görülən tədbirləri də müzakirə edib.