​Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var

​Yevlaxda 2 avtomobil toqquşub,
20:00 01.06.2022
269 Hadisə
A- A+

Yevlax rayonunda iki minik avtomobilli toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21099" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində, Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü E.Ələsgərov və Şamaxı rayon sakini, 1996-cı il təvəllüdlü B.Hüseynov müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.