Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankaranın Ukrayna limanlarını minalardan təmizləməyə kömək edəcəyi barədə razılığa gəliblər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanına səfərindən sonra keçirilən mətbuat konfransında deyib.
“Türkiyəli həmkarlarımız Ukrayna limanlarının minalardan təmizlənməsini təşkil etməyə kömək edəcəklər”, - Lavrov bildirib.