​Türkiyədə evin divarı uçdu: Ölənlər var

​Türkiyədə evin divarı uçdu:
14:20 03.06.2022
246 Dünya
A- A+

Türkiyənin Qaziantep vilayətində şiddətli fırtına səbəbindən tikilməkdə olan evin divarı uçub.

SÜLH.İNFO.az xəbər verir ki, vilayətin Araban rayonunda baş verən hadisə nəticəsində 2 uşaq həlak olub, 3 uşaq isə yaralanıb.

Yaralı olan 3 uşağın xəstəxanada müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırma başlanılıb.