​Azərbaycan yığması Avropa çempionatının yarımfinalında

​Azərbaycan yığması Avropa çempionatının
09:20 10.06.2022
207 İdman
A- A+

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

SÜLH.İNFO.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0.

Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.

Növbəti mərhələdə rəqib Qazaxıstan millisi olacaq.