​Bakıda məktəbdən oğurluq edildi

​Bakıda məktəbdən
10:20 10.06.2022
210 Toplum
A- A+

Bakıda məktəbdən, idman zalından və evdən oğurluq edən şəxs tutulub.

DİN-dən SÜLH.İNFO.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsində yerləşən tam orta məktəblərin birindən 2 ədəd noutbuk, 2 ədəd monitor və 2 ədəd lobzikin, bir idman zalından 800 manat pul, noutbuk, qol saatı, skaner və “DVR”, inşa olunan bir evdən isə 1000 manat dəyərində 3 ədəd laqunda və 2 ədəd drilin oğurlanması barədə müraciətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.