Rusiyanın Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidmətinin (“Rosprirodnadzor”) sədrinin keçmiş müavini Oleq Mitvol Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, Mitvol Moskvanın “Vnukovo” hava limanında Dubaya uçmaq istəyərkən FTX tərəfindən yaxalanıb.
O, Krasnoyarskda metro inşası üçün ayrılan 900 milyon rubl həcmində vəsaiti mənimsəməkdə şübhəli bilinir.