​XI sinfi bitirən şagirdlərin sayı açıqlanıb

​XI sinfi bitirən şagirdlərin
16:00 10.06.2022
238 Toplum
A- A+

2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək.

Təhsil Nazirliyindən SÜLH.İNFO.az-a verilən məlumata görə, IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.

2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.