​Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb

​Sumqayıtda çoxmərtəbəli yaşayış binasında
23:20 10.06.2022
250 Hadisə
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub.

SÜLH.İNFO.az  bu barədə FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.