​Rusiyada Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmayacaq

​Rusiyada Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları
18:40 11.06.2022
203 Dünya
A- A+

Rusiyada Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmayacaq.

Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq qanun imzalayıb.

Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 2022-ci il martın 15-dən sonra qəbul etdiyi qərarlar (Rusiya Avropa Şurasından çıxmaq üçün ərizə verdiyi andan - red) icra olunmayacaq və Avropa məhkəməsinin qərarlarına görə kompensasiya ödəniləcək.

Eyni zamanda, Rusiya Baş Prokurorluğu 2023-cü il yanvarın 1-dək Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına uyğun olaraq ərizəçiyə pul kompensasiyası ödəyə biləcək.