​Gəncədə 37 yaşlı kişinin meyiti tapılıb

​Gəncədə 37 yaşlı kişinin meyiti
19:40 11.06.2022
206 Hadisə
A- A+

Gəncədə 37 yaşlı kişinin meyiti tapılıb.

SÜLH.İNFO.AZ  bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

\"112\" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Abbasov Tural Sərdar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.