​Makron bu həftə Ukraynaya səfər edəcək

​Makron bu həftə Ukraynaya səfər
19:20 13.06.2022
115 Dünya
A- A+

Fransa Prezidenti Emmanuel Makron bu həftə Ukraynaya səfər etməyi planlaşdırır.

SÜLH.İNFO.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfirinin birinci müşaviri Bruno Kassanel deyib.

Kassanelin sözlərinə görə, səfər çərşənbə günü, iyunun 15-nə planlaşdırılıb. Makron Moldovaya səfərindən sonra Ukraynaya gedəcək.

Fransa dövlət başçısının Ukraynaya sonuncu səfəri bu il fevralın 8-də olub.