​Mikroavtobus aşıb, ölənlər və yaralananlar var

​Mikroavtobus aşıb,
11:15 06.07.2022
220 Dünya
A- A+

Türkiyənin Konya bölgəsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

SÜLH.İNFO.az  xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Qəza iyulun 6-da səhər saatlarında Konyanın İlgın rayonunun Böyükoba məhəlləsi yaxınlığında baş verib.

Yaralılar hospitala yerləşdirilib.