Yaponiyanın Nara şəhərində keçmiş baş nazir Şinzo Abenə qarşı sui-qəsd edilib.
SÜLH.İNFO.az "Kyodo News"a istinadən xəbər verir ki, siyasətçi çıxış edərkən naməlum şəxs tərəfindən kürəyindən 2 güllə yarası alıb.
İlkin məlumata görə, sabiq baş nazirin hər iki ağciyəri zədələnib. O, vurulduqdan sonra yerə yıxılıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis hücumçunu hadisə yerində saxlayıb. Atəş açan şəxsin 40 yaşlı Nara şəhər sakini olduğu məlum olub.