​Dörd il əvvəl 16 min oğurlayan şəxs saxlanıldı

​Dörd il əvvəl 16 min oğurlayan
15:15 11.07.2022
236 Hadisə
A- A+

Dörd il əvvəl Şirvan şəhər ərazisində “Mersedes” markalı bir avtomobildən 16 000 manat və sənəd oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

SÜLH.İNFO.az xəbər verir ki, Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Dadaşzadə DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Faktla bağlı araşdırma aparılır.