“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.
SÜLH.İNFO.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa “Lex”ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edəcək.
Oyun öncəsi Ağdam klubunun heyətində hər hansı itki yoxdur. Qonaqlardan isə polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən matçı buraxacaq.
“Köhlən atlar” Poznandakı ilk qarşılaşmada rəqibinə minimal hesabla uduzub - 0:1.