Oktyabrın 13-də Sərsəng su anbarının ərazisində, Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycanın tikinti texnikası karvanı atəşə məruz qalıb.
SÜLH.İNFO xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, karvanı Rusiya sülhməramlıları müşayiət edirdi. Hadisə nəticəsində xəsarət alan olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birlikdə atəşkəsin pozulması ilə bağlı araşdırma aparır.