​Brilliant Dadaşovanın səsyazısı yayıldı

​Brilliant Dadaşovanın
14:02 19.07.2022
289 Ölkə
A- A+

Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev 3 min manat cəriməsi olması ilə gündəmə gəlib. 

Sulh.info.az xəbər verir ki, o, bu dəfə anasının gizli yazdığı səsyazısını yayıb. Cahad bildirib ki, qızlar onunla görüşməkdən qorxurlar:

"Bəziləri ulduz olmaq üçün pul verir, mən isə yox. Artıq qızlar mənimlə görüşməkdən qorxurlar. Deyirlər, kameralara tuş gələcəklər. Özümü evli kişi kimi hiss edirəm".

Dadaşova isə ona "Nə yaxşı... Əladır ki... Sağ olsun yazanlar" sözlərini söyləyib. Oğlunun "Hər şeyin günahkarı sənsən" sözlərinə ifaçı "Mənim işimə yarayır" cavabını verib. 

Qeyd edək ki, Cahad paylaşımında "Azadlıqdan məhrum edilməkdən. Buna görə də mənim komendant saatı və karantin qaydalarını pozduğuma görə 3 min manat cəriməm var. Azad olmadan yaşaya bilmərəm. Bu dünyada iki növ quş var: 1. Kimləri qəfəsdə doğulub və uçmağı absurd hesab edir. 2. Bəziləri isə azad doğulub və qəfəsi absurd hesab edir" sözlərini qeyd etmişdi. (axsam.az)

https://youtu.be/dOXeJUGGerg