​Ərdoğan BMT-nin baş katibi ilə görüşdü

​Ərdoğan BMT-nin baş katibi ilə
23:00 22.07.2022
249 Dünya
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.

Görüş dövlət başçısının İstanbuldakı Dolmabahçe iqamətgahında baş tutub.

Qeyd edək ki, bir qədər öncə məhz burada Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsü ilə bağlı sənədin imzalanması mərasimi keçirilib.