​Yeni icra başçısı məşhur baş həkimin qardaşıdır

​Yeni icra başçısı məşhur
13:28 25.07.2022
255 Ölkə
A- A+

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Unikal ın məlumatına görə, E.Paşayev buna qədər Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri vəzifəsində işləyib. 

Nazirlikdən əvvəl isə Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində çalışıb. 

Qeyd edək ki, onun qardaşı Cavid Paşayev bir neçə gün əvvəl “Yeni klinika” tibb müəssisəsinə baş həkim təyin olunub.