Prezident İlham Əliyevin sərəncamı ilə bu gün Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Araz Əhmədov təyin olunub.
SÜLH.İNFO.az xəbər verir ki, yeni başçı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub.
O, xidmətin general-mayorudur. O, 2019-cu ildə Prezidentin sərəncamı ilə sözügedən ali hərbi rütbə ilə təltif edilib.
A.Əhmədovun DTX-də son vəzifəsi idarə rəisi olub.