​Həbib Nurmaqomedov Tofiq Musayevin nokautla qələbəsinə belə reaksiya verdi - VİDEO

​Həbib Nurmaqomedov Tofiq Musayevin nokautla qələbəsinə belə reaksiya verdi -
14:25 25.07.2022
249 Ölkə
A- A+

UFC-nin ulduzu Həbib Nurmaqomedov təmsilçimiz Tofiq Musayevin Bellator turnirindəki debüt döyüşünü izləyib.

BAKU.WS xəbər verir ki, o döyüşü məşhur menecer Abdel Aziz ilə birgə izləyib. 27 saniyədə Tofiqin texniki nokautla qələbəsi ilə bitən döyüşdən sonra həmyerlimizlə Həbib arasında qısa diqloq yaşanıb. 

Qeyd edək ki, ABŞ-ın Vaşinqton şəhərinin "Emerald Kuin Kazino" stadionunda keçirilən Bellator 283 turnirində 32 yaşlı təmsilçimiz 30 yaşlı amerikalı Sidni Autlo ilə gücünü sınayıb. Döyüş ilk raundunun 27-ci saniyəsində Tofiq Musayevin nokautla qələbəsi ilə yekunlaşıb. Beləliklə, Tofiq Musayev peşəkar karyerasında 18-ci qələbəsini qazanıb. (Baku.ws)