​Yazıçılar Birliyinin Şərqi Zəngəzur bölməsi yaradıla bilər

​Yazıçılar Birliyinin Şərqi Zəngəzur bölməsi
15:12 26.10.2022
A- A+

Yazıçılar Birliyinin Şərqi Zəngəzur bölməsinin yaradılması təklif edilib.

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı zamanı bu təşəbbüslə yazıçı Elçin Hüseynbəyli çıxış edib.

Elçin Hüseynbəyli, həmçinin Birliyin Ağcabədidə yerləşən Qarabağ bölməsinin Şuşaya köçürülməsini də təklif edib: "Düşünürəm ki, Şuşada gələcəkdə inşa ediləcək mədəniyyət mərkəzlərindən birində o bölməyə yer veriləcək".