​Xarici turistlər 9 ayda Azərbaycanda 1 milyard dollar xərcləyib

​Xarici turistlər 9 ayda Azərbaycanda 1 milyard dollar
13:20 31.10.2022
1245 Turizm
A- A+

2022-ci ilin yanvar-sentyabr aylarında xarici vətəndaşlar bank kartları vasitəsi ilə Azərbaycanda 1,7 milyard manatlıq əməliyyat aparıblar.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayında bildirilir.

Hesabata görə, bu da illik müqayisədə 863,5 milyon manat və ya 50,79 % çoxdur.

Bu ilin sentyabr ayında isə əcnəbilərin bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 155,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 milyon manat yaxud 25,1 % çoxdur.