​Uşaq kitabxanasının nəşr etdiyi jurnalların yeni sayları oxucuların sevincinə səbəb oldu

​Uşaq kitabxanasının nəşr etdiyi jurnalların yeni sayları oxucuların sevincinə səbəb oldu
20:16 17.09.2025
A- A+

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının kiçikyaşlı oxucuları böyük sevinclə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nəşr etdiyi “Göy Qurşağı” jurnallarının yeni sayları ilə tanış oldular. Jurnallarda maraqlı məlumatlar, yeni nəşr olunan kitabların anonsu, əyləndirici oyun və krossvord verilib.

Jurnalların “Yeni kitablara səyahət” rublikası isə hamı üçün maraqlı oldu. Burada uşaqlar yeni maraqlı kitablarla tanış oldular.

Burada istedadlı uşaqların yazdığı hekayə və nağıllar, çəkdiyi rəsmlər də verilib.

Jurnallarda olan materiallar haqqında ətraflı məlumat aşağıdakı keçidlərdə yerləşdirilib:

https://drive.google.com/file/d/1pTkXet_AzeODSIiObDdRZwVuIa1x2ZBT/view

https://drive.google.com/file/d/1TyeOzhvNmGuUpX6QQDm4o3iMTtYFRYj-/view