“Tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın tikintisinə başlanılacaq”.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü-Zəfər Gününə həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda İmarət Kompleksində də bərpa işlərinə başlanılacaq:
“Azərbaycan bu gün regionun lider ölkələrindən biridir. Prezident İlham Əliyevin prinsipial mövqeyi tarixi qələbəmizi şərtləndirən başlıca amil olub. Prezident azad edilən əraziləri addım-addım gəzir, vu ərazilərin bərpa olunmasına çalışır”.