​Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin sahibləri ilə görüş keçirib

​Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin sahibləri ilə
11:55 24.11.2022
262 Turizm
A- A+

Dövlət Turizm Agentliyi yüksək turizm potensialı olan kəndləri müəyyənləşdirib, oradakı kənd qonaq evlərinin sahibləri ilə görüşlər keçirib.

Bunu Agentliyin sədri Fuad Nağıyev “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında bildirib.

“Bu görüşlər müsbət nəticəsini ən yaxın müddətdə göstərəcək. Bütövlükdə, aqroturizm turizmin mövsümiliyinin aradan qaldırılmasında, dayanıqlı turizmin, rəqabətli kənd təsərrüfatının və aqrobiznesin inkişaf etdirilməsində və eyni zamanda regionların sosial-iqtisadi inkişafında xüsusi paya sahib olacaq”, - deyə o qeyd edib.