Avqustun 8-i dünyanın nəzəri ABŞ-ın paytaxtı Vaşinqtona dikilmişdi. ABŞ prezidenti Donald Trampın istirakı ilə Azərbaycanla Ermənistan liderləri çoxdan gözlənilən sülh bəyannaməsini imzaladılar. Biz bu tarixi günə addım-addım yaxınlaşdıq. Əslində, sülh müqaviləsi çox təklif edilmişdi bizə. Torpaqlarımızın 20 faizi işğal altında ikən, məğlub, deməli, zəif durumda bizimlə aşağılayıcı tonda təslimçilik ruhunda tələblər edilirdi. Danışıqlar masası arxasında oturmaq üçün güclü olmaq əsas şərtdir. Bütün dünyanın etiraf etdiyi kimi 1994-cü ildən Azərbaycan insanı bir an olsa belə işğalla barışmadı. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyevin bu günlərdə işlətdiyi “İşğalla heç zaman barışmayın” deyimi dünya mediasının gündəmini zəbt edib. Bizi qələbəyə aparan yol hədsiz zəhmət tələb etdi. Bu ədalətsiz dünyada kimin haqlı olmağı heç kimə üstünlük vermir. Layiq olduğunu əldə etmək üçün mücadilə aparmalısan. 44 günlük Vətən müharibəsindəki qələbəmiz bizim mübarizəmizin məntiqi sonluğu oldu. Siyasət zəifləri sevmir.
Prezident İlham Əliyev yalnız savaş meydanında deyil, danışıqlar masası arxasında da əzici üstünlüklə zəfər çaldı. Son beş ildə qətiyyətlə, güzəştsiz aparılan danışıqlar real bəhrəsini verdi. Bəyannamənin müddəalarını paraflasaq, məlum olar ki, Azərbaycan tərəfin tələbləri tam şəkildə qəbul edilib. Ermənistan daha heç zaman militarist ritorikadan çıxış edə bilməyəcək. O, tamamilə “dişsiz ” vəziyyətə gətirilib. Bu sülh danışiqlarının unikallığı bundadır ki, burada uduzan tərəf olmayacaq. Erməni tərəfin ən böyük qələbəsi bu oldu ki, erməni xalqı 150 ildir ki, ona sırınan saxta “qədim Ermənistan” kimi illüziyalardan xilas oldu. “Dənizdən dənizə böyük Ermənistan” yox, real Ermənistan ideologiyası bu gün erməni cəmiyyəti üçün prioritet məsələyə çevrilib.Reallıq hissi erməni mühitinə tədricən qayıdır.
Formalaşmaqda olan yeni dünya düzənində Azərbaycan artıq öz layiqli yerini tutub. Sülh bəyannaməsi və bundan irəli gələn müddəalar regiona oturaqlı sülh, əmin-amanlıq, hərtərəfli inkişaf gətirməklə, qlobal dünyada çox böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir.
Bu tarixi zəfərin əldə olunmasında Azərbaycan xalqının, onun alternativsiz lideri müzəffər Ali Baş Komandan İlham Əliyevin ölçüyəgəlməz misilsiz xidmətləri danılmazdır. Əziz həmvətənlər! Bir gün əvvəl biz cənab Prezident Ilham Aliyev in timsalında tarixi zəfərə imza atmış olduq. Sizləri bu tarixi gün münasibətilə ürəkdən təbrik edirəm!
VƏTƏNDƏ SÜLH, CAHANDA SÜLH.
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli