​Bakının “Baksol yolu”nun daha bir hissəsi təmir edilib - VİDEO

​Bakının “Baksol yolu”nun daha bir hissəsi təmir edilib -
15:00 28.11.2022
513 Layihə
A- A+

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonun “Baksol yolu”nun daha 1 100 metrlik hissəsində təmir işlərini yekunlaşdırıb.

Bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, təmir işləri çərçivəsində 15 min kvadratmetrdən çox sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Sözügedən hissədə zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi, köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılıb. Bundan başqa yeni piyada səkiləri inşa edilib, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

“Baksol yolu”nun 1 400 metrlik hissəsində də anoloji işlər aparılıb.

Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yol təmir edilir.