​Qarabağda torpaqların icarəyə verilməsi Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb

​Qarabağda torpaqların icarəyə verilməsi Kənd Təsərrüfatı Nazirliyinə
11:40 01.12.2022
205 Qarabağ
A- A+

İşğaldan azad edilmiş ərazilərin icarəyə verilməsində Kənd Təsərrüfatı Nazirliyi müvəqqəti olaraq səlahiyyətlidir. Bu həm də Qarabağda torpaqların idarə edilməsi deməkdir.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

O bildirib ki, Qarabağda kənd təsərrüfatı üzrə potensial ərazilər "Azərkosmos"la birlikdə müəyyən edilib.

"Artıq həmin ərazilərə fermerlər və investorlar cəlb etmişik və fındıq əkinlərinə başlanılıb" - deyə F.Tağıyev əlavə edib.