Azərbaycan paytaxtının 2030-cu ilə qədər Regional İnkişaf Planı artıq hazırdır.
Bu barədə Azərbaycan Memarlar İttifaqının 2017-2022-ci illər üzrə fəaliyyəti barədə İdarə Heyətinin hesabatında qeyd edilib.
Plana əsasən, yeni Bakı aqlomerasiyası Bakını Abşeron rayonu və Sumqayıt şəhəri ilə birləşdirməli və beləliklə, faktiki olaraq bütün Abşeron yarımadasını və ətraf aqlomerasiyanı əhatə etməlidir.
“Azərbaycan şəhərlərinin memarlığı günü-gündən dəyişir, daha cazibədar olur və təkrarsızlığı ilə görənləri sevindirir. Bu gün memarlıq ölkənin inkişafında prioritet istiqamətlərdən biridir. Müstəqil Azərbaycan son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoymuş və böyük uğurlara imza atıb. Yaxın gələcəkdə bizi daha böyük dəyişikliklər gözləyir”, - hesabatda bildirilib.