Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.
Etirazlar baş tutan əraziyə böyük Azərbaycan Bayrağı gətirilib.
Aksiyaçılar tələb edirlər ki, təbii sərvətlərin qanunsuz istismarı və daşınmasına son qoyulsun, Rusiya sülhməramlılarının postlarında Azərbaycanın aidiyyəti qurumlarının əməkdaşları da olsunlar və onlarla birgə xidmət aparsınlar.
Həmin görüntüləri təqdim edirik:
Bu gönderiyi Instagram'da gör
Mənbə: BAKU.WS