​Yusif Vəzir Çəmənzəminlidən bəhs edən kitabın təqdimatı keçirilib

​Yusif Vəzir Çəmənzəminlidən bəhs edən kitabın
12:00 16.12.2022
A- A+

AMEA Nəsimi adına Dilçilik İnstitutunda "Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli" adlı kitabın təqdimatı keçirilib.

Təqdimat mərasimində dilçi alimlər, ədəbiyyatşünaslar, həmçinin filologiya üzrə mütəxəssisləri iştirak edib.

Təqdimatı giriş sözü ilə açan İnstitutun baş direktoru professor Nadir Məmmədli Yusif Vəzir Çəmənzəminlinin Azərbaycan dilinə və dilçiliyinə verdiyi töhfələrdən bəhs edib.

Professorlar Sayalı Sadıqova və Mayıl Əsgərov isə mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Daha sonra kitab ətrafında müzakirələr aparılıb.