Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusu təmirə bağlanacaq.
2-ci korpus təmirlə əlaqədar 1 semestrlik bağlanacaq.
Bu müddət ərzində universitetin sözügedən korpusunda təhsil alan birinci və üçüncü kurs tələbələri Odlar Yurdu Universitetində, ikinci və dördüncü kurslar isə Təfəkkür Universitetində tədrislərinə davam etdirəcəkləri bildirilir.
Təhsil ocağının mətbuat xidmətindən bildirilib ki, 2 saylı korpusun təmir etdirilməsi məsələsi gündəmdədir. Lakin hələlik nə təmirin vaxtı, nə də tələbələrin hara köçürüləcəyi məsələsi dəqiq deyil.