​"Whatsapp"ın Android versiyası ilə bağlı - YENİLİK

​
17:00 06.04.2023
A- A+

İnsayderlərin verdikləri məlumata əsasən "Whatsapp" tərtibatçıları messencerin Android versiyasının istifadəçi interfeysinin dizayn dəyişikliyini hazırlayırlar.

SÜLH.İNFO.az xarici KİV-ə istinadən bildirir ki, messencerin Android versiyasının sahib olacağı yeni dizaynı əks etdirən screenshot fotolar artıq internetdə ortaya çıxıb. Ortaya çıxmış screenshot fotolardan belə qənaətə gəlmək olar ki, "Whatsapp"ın Android versiyasının istifadəçi interfeysi dizayn baxımından iOS versiyasının istifadəçi interfeysinə bənzəyəcək. Beləliklə messencerin Android versiyasının istifadəçi interfeysində reallaşdırılacaq əsas dəyişiklik ondan ibarət olacaq ki, əsas ekranın yuxarı hissəsindəki qovluqlar ekranın alt hissəsinə köçürüləcək.

"Whatsapp"ın iOS versiyası məhz bu cür görünür. Screenshot fotolardan da görmək olar ki, "Whatsapp"ın Android versiyasının əsas ekranının alt hissəsində “Chats”, “Communities”, “Status” və “Calls” qovluqları yerləşəcək. Messencerin hal hazırki Android versiyasında bu ardıcıllıq bir qədər fərqlidir. Belə ki, ilk öncə “Communities”, “Chats” və daha sonra “Status”,  “Calls” gəlir. Məlumatda qeyd edilib ki, "Whatsapp"ın Android versiyası üçün nəzərdə tutulmuş bu yeni dizayn hal hazırda qapalı beta test mərhələsindən keçir. Onun stabil "Whatsapp"da nə zaman reallaşdırılacağı bilinmir.\\lent.az