​“WhatsApp” tamamilə dəyişir - İstifadəçilərin arzuları reallaşdı

​“WhatsApp” tamamilə dəyişir
15:19 14.04.2023
A- A+
“WhatsApp” android interfeysində dəyişiklik edib.

Yeni interfeysdə “iPhone”larda olduğu kimi ekranın aşağı hissəsində naviqasiya paneli olacaq. Məlumata görə, test mərhələsində olan yeni görünüş “WhatsApp”ın android beta versiyasında istifadəyə verilib. “WABetaİnfo”nun məlumatına görə, dəyişiklik nəticəsində “WhatsApp”ın interfeysi tamamilə dəyişəcək. Qeyd edək ki, “WhatsApp” iOS və androiddə fərqli interfeyslərə malikdir. iPhone interfeysi açıldığında ekranın aşağı hissəsində naviqasiya paneli var. Bu naviqasiya paneli mesajlara, axtarışlara, parametrlərə və bölmələrə ani girişi təmin edir.

Lakin android istifadəçiləri bu xüsusiyyətlərə çatmaq üçün bir neçə mərhələdən keçməli olurlar. Android istifadəçilərinin istəklərini nəzərə alan “WhatsApp” interfeysi iPhone interfeysi kimi etməyə qərar verib.