​“Whatsapp”da YENİLİK - Səsli mesajlar mətnə çeviriləcək/ FOTO

​“Whatsapp”da YENİLİK
14:44 02.05.2023
A- A+
Dünyanın ən populyar mesajlaşma platforması "WhatsApp" daha bir yeniliklə istifadəçilərini sevindirib.

Bundan sonra səsli mesajları mətnə çevirmək mümkün olacaq.

Bu funksiya istifadəçiyə lazım olanda işə salınacaq digər hallarda isə deaktiv edilə biləcək. Yenilik tətbiqin 23.3.0.73 beta versiyasında təqdim edilib. 

Yeni funksiya nəticəsində "WhatsApp" istifadə edənlər səsləri dinləmədən mətn halına çevirərək görə biləcəklər. 

Məlumat üçün bildirək ki, "WhatsApp"ın səsli mesajları mətnə çevirmək funksiyası ilk dəfə 2021-ci ilin payızında yaradılıb, lakin iş naməlum səbəblərdən dayandırılıb. Yenidən tərtibatçılar bu funksionallığı sınaqdan keçirirblər. 

WABetaInfo ekspertləri vurğulayırlar ki, səsli mesajların mətnə çevrilməsi yalnız mobil vrsiyada olacaq və bu məlumatı həmsöhbətlərdən başqa heç kim əldə edə bilməyəcək.