​Məşhur türk serialında Azərbaycanla bağlı kobud səhv - FOTO

​Məşhur türk serialında Azərbaycanla bağlı
15:46 24.05.2023
A- A+

Azərbaycanda geniş izləyici kütləsi olan türk serialı - "Ben bu cihana sığmazam"da Azərbaycan xəritəsində səhvə yol verilib.

Serialın dünən yayımlanan 32-ci bölümündə yer alan səhnədə fonda olan plakatda Azərbaycan ərazisi tam göstərilməyib. Belə ki, diqqətlə baxdıqda Naxçıvanın göstərilmədiyi görürülür.

Foto sosial şəbəkələrdə də geniş yayılaraq tənqid olunub.