​Maşın qarışıq sürücü çayda batdı - Azərbaycanda DƏHŞƏTLİ VİDEO

​Maşın qarışıq sürücü çayda batdı
11:03 07.06.2023
100 Hadisə
A- A+
Qaxda yük avtomobili sel nəticəsində çayda batıb, sürücü xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Qax rayonunun Əmircan kəndi ərazisində vətəndaşın çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalmış 1986-cı il təvəllüdlü Yahyayev Famil İslam oğlunu çaydan çıxararaq xilas ediblər.