​Bu ilin ən pis üç iPhone-un hansılardı?

​Bu ilin ən pis üç iPhone-un hansılardı?
16:24 27.06.2023
A- A+
Texnoblogerlər 2023-cü ildə üç iPhone modelini almamağı tövsiyyə edirlər

Bir sıra tanınmış texnoblogerlərin fikrincə sözügedən məhsulların eyni dərəcədə sərfəli qiymətə daha güclü alternativləri mövcuddur. Bu barədə Referans.az “Executioner” portalına istinadən xəbər verir. 

Siyahıda birinci yerdə 128 GB-lıq iPhone SE (2022) qərarlaşıb. Ekspertlər əvəzində eyni həcmdə yaddaşa malik iPhone 12 mini-ə diqqət yetirməyi məsləhət görüblər ki, bu da demək olar qiymətcə iPhone-a bərabərdir, eyni zamanda daha çox üstünlüklərə malikdir. İmtina edilməsi tövsiyyə olunan ikinci model isə 128 GB iPhone 12-dir. Eyni miqdarda yaddaşa malik iPhone 13 təxminən eyni məbləğə, hətta daha sərfəli qiymətə alına bilər. Siyahını iPhone 13 Pro Max bağlayır. “On dördüncü nəslin təqdimatından sonra bu Pro-nun istehsalı məhdudlaşdırıldı, buna görə də indi nadir hallarda mağazalarda görünür" – deyə, texnoblogerlər qeyd ediblər. 

Həmçinin ekspertlər saxta iPhone və AirPod-ları müəyyən etməyin yolları haqqında da danışdıblar. Onlar alıcıları daha diqqətli olmağa, ucuz qiymətlərə aldanmamağa və sözügedən məhsulları yalnız rəsmi satış mərkəzlərindən almağa çağırıblar.