​“WhatsApp”dan video ilə bağlı çoxdan gözlənilən yenilik - FOTO

​“WhatsApp”dan video ilə bağlı çoxdan gözlənilən yenilik
16:36 04.07.2023
A- A+
"WhatsApp" istifadəçilərə çoxdan gözlənilən imkan təqdim edir. Belə ki, artıq mesencerlə videoları yüksək keyfiyyətdə göndərmək mümkün olacaq.

Sulh.info.az oxu.az-a istinadən bildirir ki, istifadəçilər göndərdikləri videoların keyfiyyətini özləri seçə biləcəklər.

Ancaq "yüksək keyfiyyət" seçimində belə fayllarda sıxılma olacaq.

"Seçim istifadəçilərə videoları orijinal keyfiyyətində paylaşmağa imkan vermir, lakin yeni funksiya ilə o, xeyli təkmilləşdirilib", - deyə ekspertlər izah ediblər.

Qeyd olunur ki, videoların yüksək keyfiyyətdə göndərilməsi funksiyası statuslara şamil edilməyəcək.

"WhatsApp"ın yeni funksiyası "iOS" əsaslı mesencerin "beta" versiyasının yeniləməsində işləkdir. Funksiya inkişaf mərhələsindədir, tətbiqin gələcək yeniləməsində yeni variant tətbiq oluna bilər.