Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün hazırladığı mobil tətbiqin ("AzParking") təqdimatı keçirilib.
Sulh.info.az "Report"a istinadən xəbər verir ki, yeniliyi AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev təqdim edib.
Onun sözlərinə görə, mobil tətbiq avqustun 7-dən istifadəyə veriləcək və onunla sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər.
"Parklanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks etdiriləcək. Əgər doluluq 80 %-dən azdırsa məlumatlar yaşıl rəngdə, 80 %-dən çoxdursa qırmızı rəngdə olacaq", - deyə A.Rzayev əlavə edib.