​"TikTok"da daha bir təhlükəli trend: Mütəxəssislərdən mühüm XƏBƏRDARLIQ

​
13:55 24.08.2023
81 Dünya
A- A+

Bu günlərdə "TikTok" sosial şəbəkəsində valideynlərin uşaqlarının başında yumurta sındırdığı videoları yayımlanıb.

Mütəxəssislər bu görüntülərlə bağlı çox mühüm xəbərdarlıqlar ediblər.

Sosial şəbəkələrdə #eggprank həştəqi ilə paylaşılan videolarda tez-tez valideynin mətbəxdə azyaşlı uşağının başındaa yumurta sındırdığı görünür.

Başlarında qırıq yumurta olan uşaqlar müxtəlif reaksiyalar göstərirlər. Uşaqlar tez-tez ağlayır, üzülür və təəccüblənirlər.

Valideynlər bunu əyləncə kimi görsələr də, uşaqların incidildiyini və alçaldıldığını başa düşmürlər.

NBC News-a danışan ekspertlər də xəbərdarlıq ediblər ki, bu zarafatlar uşaqların başında qançırlara səbəb ola bilər və ya yumurtalardan mikroblar əmələ gələ bilər.

Çiy yumurtanın tərkibində salmonella ola biləcəyi ilə bağlı xəbərdarlıq edən həkimlər valideynlərin hərəkətini birmənalı qarşılamayıblar./azxeber.com