​"Ağlayan uşaq" tablosunun lənətli hekayəsi... - FOTO

​
14:30 25.08.2023
265 Maraqlı
A- A+

İngiltərədə 1950-ci illərdə 250.000 ədəd satılan məşhur tablolardan biri olan "Ağlayan uşaq"ın hekayəsi kifayət qədər mürəkkəb və maraqlıdır. 

Sulh.info.az  xarici mətbuata istinadən tablo haqqından hekayəni təqdim edir:

"Ağlayan uşaq" tablosu italyalı rəssam Bruno Amadioya məxsusdur. 1950-ci illərdən etibarən bütün dünyanı dolaşmağa başlayan rəsmin yüzlərlə fərqli versiyasi yayılıb. Rəsmlərdə dəyişməyən tək şey isə uşağın göz yaşları və məsum baxışları olub. Ancaq ilk dəfə çıxan orijinal rəsmdəki oğlanın qəhvəyi saçları və fındıq rəngində gözləri var idi.

İngiltərə mətbuatında "Ağlayan uşaq" tablosunun lənətli olduğu iddia edilib. Rəsmin lənətləndiyini iddia edən mətbuat bu vəziyyəti İngiltərədəki yanğınla əlaqələndirir. Belə ki, ingilis qəzeti "The Sun"ın 4 sentyabr 1985-ci ildə yayımladığı xəbərdə mədən qəsəbəsi Yorkşiredəki bir yanğınsöndürənin bütünlüklə yanan evlərdə bu rəsmlərin heç zərər görmədiyini iddia etdiyi yazılmışdı. Bu xəbər rəsm sahiblərini təşvişə salıb.

 

Sonrakı dövrlərdə heç bir yanğınsöndürən bu "Ağlayan uşaq" tablosunu evinə aparmadığı üçün bir çox insan panikaya düşüb. Lakin yanğına əsas səbəb elektrik sobalarının pərdəyə və ya çarpayıya yaxın olması göstərilib.

Sonrakı dövrdə İngiltərənin kasıb məhəllələrində bu rəsm əsərinin təxminən 50.000 nüsxəsi satılıb. Yenə yanğınlar bu məhəllərlərdə baş verib.

İşlər daha da ciddiləşəndə ​​bütün rəsmlər geri göndərilib və yandırılaraq məhv edilib. Daha sonra minlərlə insan gecə saatlarında qəzetə zəng edərək "Ağlayan uşaq" rəsmindən gecələr ağlama səsi gəldiyi, göz yaşlarının qan rənginə dönüşdüyü, rəsmin öz-özünə titrəməyə başladığına dair müxtəlif iddialar səsləndirib.

 

Lakin, yanğınsöndürənlər sonradan yanğınların əsl səbəbini açıqlasalar da, ingilis qəzetinin xəbərləri artıq cəmiyyət tərəfindən qəbul edilmişdi.