Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimov dünyasını dəyişib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 

Məlumata görə, 34 yaşlı yarımmüdafiəçi Türkiyədə vəfat edib.

Qeyd edək ki, Şəhriyar Rəhimov "Səbail", "Zirə", "Kəpəz", "İnter Bakı" və "Karvan" kimi klubların şərəfini qoruyub. Almaniyanın məşhur transfermarket saytının məlumatına görə, futbolçunun maksimum transfer dəyəri 2019-cu ildə "Səbail"də çıxış etdiyi zaman 550 min Avro olub.

Şəhriyar karyerasını keçən il bitirmişdi. Allah rəhmət eləsin!