​Müharibə canisi Araik Arutyunyan kimdir - DOSYE

​Müharibə canisi Araik Arutyunyan kimdir
16:11 31.08.2023
113 Dünya
A- A+

Xəbər verdiyimiz kimi Qarabağdakı qondarma quruma rəhbərlik edən Araik Arutyunyan istefa verib.

Arutyunyan istefa ərizəsini sabah parlamentə təqdim edəcək.

Qeyd edək ki, Arutyunyan bu gün Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən kənarlaşdırıb və onun yerinə geniş səlahiyyətlər verilmiş Sergey Şahramanyanı “Təhlükəsizlik Şurasının katibi” təyin edib.

Bəs Araik kimdir?

Referans.az xəbər verir ki, onunla bağlı məlumatları təqdim edir:

Araik Arutyunyan 14 dekabr 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 1992-ci ildə Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan ordusuna qarşı döyüşüb. 1995-97-ci illərdə separatçı rejimin “İqtisadiyyat və maliyyə nazirinin” köməkçisi olub. 1999-2004-cü illərdə “Armaqrobankın” Xankəndi filialının rəhbəri olub. 2005-ci ildə “Azad Vətən” adlı partiyanın sədri kimi separatçı rejimin “parlamentinə” seçilib. 2007-ci ildən 2017-ci ilə kimi separatçı rejimin “baş naziri” olub.

2009-cu ildə yenidən "Azat Ayenik" partiyasının sədri seçilib.

2010-cu ildə rəhbərlik etdiyi "Azat Ayenik" partiyası qondarma respublikanın parlamentinə keçirilən seçkilərdə 33 yerdən 14-nü qazanaraq qalib gəlib.

25 sentyabr 2017–6 iyun 2018-ci illərdə qondarma respublikanın dövlət naziri olub.

Araik Arutyunyandan əvvəl separatçı rejimə 4 nəfər başçılıq edib. 1994-97-ci illərdə separatçıların rəhbəri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan olub. Köçəryandan sonra separatçılara 5 ay müddətində Leonard Petrosyan başçılıq edib. 1997-2007-ci ildə separatçıların rəhbəri Arkadi Quqasyan, 2007-2020-ci illərdə isə Bako Saakyan olub.

Araik 31 mart 2020-ci ildə qondarma respublikanın başçısı seçkilərində birinci turda 1-ci yeri tutub

44 günlük Vətən müharibəsində Azərbaycana qarşı bir sıra təxribatlarda iştirak edib. Bütün təxribatlarının qarşısı ordumuz tərəfindən alınıb, Araik rəzil duruma düşüb.